İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Xarici İşlər Nazirliyi Oman danışıqları barədə MƏLUMAT YAYDI

İran və ABŞ nümayəndələrinin nüvə proqramı ilə bağlı vəziyyətin həlli məqsədilə keçirilən məsləhətləşmələr konstruktiv atmosferdə keçib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, "Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar konstruktiv atmosferdə və qarşılıqlı hörmət əsasında baş tutub".

İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi danışıqlar yerini tərk edərkən Oman xarici işlər naziri Bədr bin Həməd bin Hamud əl-Busaidinin iştirakı ilə şəxsən görüşüblər. 

"Qeyd edək ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlardan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları tədbir yerini tərk edərək Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar", - məlumatda qeyd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR