İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimlərə başlayır – 3 gün davam edəcək

 İran və Rusiya Xəzər dənizində üçgünlük birgə hərbi-dəniz təlimlərə başlayır.

Musavat.com xəbər verir ki, İran mətbuatı bu barədə rəsmi məlumat yayıb.

Bildirilib ki, təlimlər sabahdan etibarən başlayacaq və Xəzər dənizinin müəyyən sahələrində keçiriləcək. Təlimlərin məqsədi bölgədə dəniz təhlükəsizliyinin gücləndirilməsi, hərbi əməkdaşlığın möhkəmləndirilməsi və taktiki koordinasiyanın artırılmasıdır.

Qeyd edək ki, İran son illərdə Xəzər regionunda Rusiya ilə hərbi əlaqələrini genişləndirir və bu təlimlər də həmin strategiyanın tərkib hissəsidir. Təlimlərin dəqiq ssenarisi və iştirak edən gəmi sayı barədə əlavə məlumat verilməyib.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR