İnsanlara hürriyət, millətlərə istiqlal!

İran SEPAH-da “köstəbək” axtarışında

Tehran “İsrail agentləri dosyesi”ni mümkün qədər səs-küysüz aparmaqda maraqlıdır, çünki SEPAH-la birbaşa qarşıdurma İranın özü üçün gözlənilməz nəticələrə səbəb ola bilər

İsraillə qarşıdurmanın son altı ayında İran əvvəlki onillikdə olduğundan daha çox proksi qüvvələrini, hərbi müşavirlərini və səhra komandirlərini itirib.

Musavat.com xəbər verir ki, bu barədə regnum.ru saytı yazır.

“İsrail ordusunun və kəşfiyyat xidmətləri hətta bir neçə onilliklər ərzində "qara siyahısına" başçılıq edən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni (avqust 2024) və Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı (sentyabr 2024) öldürdü.

skynews-hassan-nasrallah-hezbollah_6698797.jpg (182 KB)

Üstəlik, İsrail ən azı iki dəfə bu vəzifəyə əsas namizədləri də ya sıradan çıxarmağa ya da yeni liderinin təyin edilməsinə nail oldular. İsrailin belə nəzərəçarpan uğurları rəsmi Tehranı öz işərisində “köstəbək” olduğunu düşünməyə vadar etdi. Üstəlik, həmin agentin ölkənin "idarəetmə qollarına" daha yaxın birinin və ya birilərinin olduğu ehtimalını üzə çıxardı” deyə, məqalədə bildirilir.

Sayt yazır ki, İran hakimiyyətində, xüsusi xidmət orqanlarının sıralarında müəyyən “yüksək rütbəli köstəbək” olması ehtimalı İranın keçmiş prezidenti Mahmud Əhmədinejad (2005-2013) danışıb. O, MOSSAD agentləri ilə mübarizə aparmaq üçün yaradılan SEPAH-ın xüsusi departamentinin “israillilər tərəfindən ələ keçirildiyini” demişdi. Əhmədinejad öz xələfləri, xüsusilə də islahatçıların hakimiyyətinin milli kəşfiyyat xidmətlərinin fəaliyyətini dəfələrlə tənqid etməsi ilə tanınır.

article-0-00A6ABC01000044C-8_634x303.jpg (21 KB)

“İran siyasətçiləri və təhlükəsizlik məmurları arasında yüksək rütbəli və dərin məxfi məlumat verənlərin olmasını inkar etmək getdikcə çətinləşir. Üstəlik, görünür, İsrail necə arxayınlaşıbsa, İranın ayrı-ayrı liderlərini deyil, həm də şəxsən ali dini rəhbər Əli Xamneyini məhv etməklə hədələməyə başlayıb.

Əvvəlki uğursuzluqları nəzərə alan İran xüsusi xidmət orqanları İsrailin bəyanatlarını blef hesab etmir və bu səbəbdən bütün mövcud resurslar orduda və hökumətdə “sızma kanallarının” axtarışına başlayıb. 

Bu sırada ilk olaraq, diqqətlər İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yönəlib”-regnum.ru yazır.

SEPAH sıralarında “köstəbəklərin” olması ilə bağlı ilk iddialar hələ avqust ayında Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri öldürüləndə başlamışdı. Lakin sonra bu iddialar yığşdırıldı, qətl hansısa “üçüncü qüvvə” ilə əlaqələndirildi.

scale_1200 (5).jpg (156 KB)

Bununla belə, Nəsrullahın sentyabr ayında öldürülməsindən sonra bu “xain axtarışı” yenidən qalmaqal alovlandı. Bu arada mətbuatda elit xüsusi təyinatlı Əl-Qüds (SEPAH-ın bir hissəsi) komandiri general İsmayıl Qaaninin İsrail kəşfiyyat xidmətlərində işləmək ittihamı ilə həbs edilməsi ilə bağlı şayiələr yayıldı. Təkcə Qaaninn deyil, onun bir neçə müavininin də bu ittihamlarla həbs edildiyi iddia edilir.

b.JPG (50 KB)

İsrail mətbuatı isə bu şayiələri həvəslə tirajlayır. SEPAH-da “təmizlənmələrin” başladığı ehtimalı olduqca yüksəkdir.

Ümumiyyətlə, daxili təhlükəsizlik qüvvələri bütün səviyyələrdə yoxlamalar başlayıb. Mümkündür ki, bu prosesdə təkcə bir “köstəbək” yox, İsrailin bütöv bir agentura şəbəkəsi ifşa olunsun.

Lakin prosesin sırf praktiki olmaqla yanaşı, siyasi komponenti də var. SEPAH strukturları həmişə İranın daxili siyasətində mühüm rol oynayır və son bir neçə ildə onlar öz nifuz dairələrini ölkəboyu genişləndiriblər.

İranın ali rəhbərliyi üçün bu, böyük riskdir, çünki “inqilab keşikçiləri”nin komandirlərinin populyarlığı getdikcə daha çox din xadimlərinin şöhrətini kölgədə qoyur. Ona görə Tehran “İsrail dosyesi”ni mümkün qədər səs-küysüz aparmaqda maraqlıdır, çünki SEPAH-la birbaşa qarşıdurma İranın özü üçün gözlənilməz nəticələrə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR