İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfirliyindən quru sərhədlərin bağlanması xəbərlərinə MÜNASİBƏT

"Sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini 2 ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik".

Musavat.com xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilib ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır.

"İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur",-deyə məlumatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR