İnsanlara hürriyət, millətlərə istiqlal!

İran səfiri edamlara görə Niderland XİN-ə çağırılacaq

Etirazçıların edam edilməsinə görə İranın Amsterdamdakı səfiri Niderlandın Xarici İşlər Nazirliyinə çağırılacaq.

“Report” xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri Vopke Hukstra tviterdə yazıb.

“Mən İrandakı edamlarla bağlı ciddi narahatlığımızı bildirmək üçün İran səfirini çağırmaq niyyətindəyəm və Aİ ölkələrini də oxşar addımlar atmağa çağırıram”, - diplomat vurğulayıb.

Qeyd edək ki, İranda daha iki etirazçı 7 yanvar tarixində edam olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR