İnsanlara hürriyət, millətlərə istiqlal!

İran saytından daha bir SƏRSƏM İDDİA: “Sionistlərin Azərbaycanda yeni planı”

“KİV-lər “müvəqqəti sionist rejimin” yeni bəhanələrlə Azərbaycan Respublikasında daha geniş miqyasda var olmaq cəhdindən xəbər verir”.

Konkret.az xəbər verir ki, bu barədə İranın “Yekta Press” saytı yazı dərc edib.

Sayt iddia edir ki, İsrail Rusiyadakı yəhudiləri Azərbaycanda yerləşdirir.

“Middle East Monitor” saytı “Jerusalem Post” qəzetinə istinadən şənbə günü yazıb ki, İsrail rejimi Rusiyada yaşayan yəhudilərə yardım etmək və onları bu ölkədən çıxarmaq bəhanəsi ilə Azərbaycan Respublikasında müvəqqəti qaçqın düşərgələri yaradır. Sionist mediası İsrail rejiminin mühacirət etmək istəyən rus yəhudilərinin yerləşdirilməsi üçün 25 milyon dollar ayırdığını iddia edib.

Təl-Əvivin bu planı həyata keçirməsi bəhanəsi Rusiyada yaşayan yəhudilərin Rusiya ordusunun geyimində Ukraynaya qarşı savaş cəbhəsinə göndərilməkdən xilas olmasına kömək etməkdir.

Bu günlərdə isə mətbuatda Azərbaycan ilə müvəqqəti sionist rejim arasında hava nəqliyyatı və kibertəhlükəsizlik sahəsində razılaşmalar barədə məlumatlar yayılıb”, – deyə sayt yazıb.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR