İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyaya PUA satır? - Nazir danışdı

Biz Rusiyanın Ukraynaya hücumunun əleyhinəyik.

APA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İtaliya KİV-nə verdiyi müsahibədə deyib.

O bildirib ki, İran ilk gündən Ukrayna müharibəsi ilə bağlı aşkar mövqe bildirib. "Rusiyanın Ukraynaya hücumunun əleyhinəyik. İlk gündən çalışdıq müharibəni dayandıraq və tərəflər arasında siyasi danışıqları başladaq. İndiyədək 3 dəfə Ukrayna XİN başçısı və dəfələrlə Rusiya XİN başçısı ilə bu barədə danışıqlar aparmışıq".

H.Əmir Abdullahiyan qeyd edib ki, Ukrayna böhranının həll yolu müharibə deyil, müzakirədir.

İranın Rusiyaya PUA-lar (Pilotsuz Uçuş Aparatları) verməsi ilə bağlı sualın cavabında H.Əmir Abdullahiyan bu məlumatı inkar edib.

“Bizim Rusiya ilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımız var, lakin Ukrayna müharibəsində münaqişə tərəflərinin heç birinə yardım etmirik. Çünki düşünürük ki bu müharibə dayandırılmalıdır”.

Əmir Abdullahiyan qeyd edib ki, bu müharibənin əsas problemlərindən biri Qərb ölkələri və ABŞ-ın bəzi silah istehsalçılarının öz məhsullarını satmağa çalışmasıdır.

“Biz münaqişənin alovlanmasına səbəb olacaq hər bir addımdan çəkinir və müharibəni dayandırmaq üçün çalışacağıq”, o deyib.

Nazir Rusiya Prezidentinin Tehran səfəri zamanı da Ukrayna məsələsinin müzakirə olunacağını və müharibənin dayandırılması yolları barədə fikir mübadiləsi aparılacağını əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR