İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiyaya 20 mindən çox avtomobil göndərəcək - Birgə istehsal da planlaşdırılır

“İranın “Iran Khodro” avtomobil istehsalçısı martın sonuna qədər Rusiyaya 2 min avtomobil göndərəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov bildirib.

“İranın “Saipa” şirkəti də Rusiya distribyutorları ilə danışıqlar prosesindədir. Şirkət il ərzində 20 mindən çox avtomobil ixrac etməyi planlaşdırır”, – səfir deyib.

Səfir diqqəti sertifikatlaşdırma və diler şəbəkəsinin formalaşdırılması ilə bağlı məsələlərin hələ də həll olunmamasına yönəldib. Onun fikrincə, bu hal avtomobillərin tədarükünün başlama vaxtını dəyişə bilər.

Bundan başqa, Rusiya və İran avtomobillərin birgə istehsalı perspektivləri barədə danışıqlar aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR