İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiya ilə birgə avtomobil istehsal edəcək

İran Rusiya ilə birgə avtomobil istehsalı üzrə müəssisə yarada bilər.

AzVision.az xəbər verir ki bu barədə İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Omid Qalibaf məlumat verib. O, belə müəssisənin yaradılmasını istisna etmədiyini qeyd edib.

"Birgə avtomobil istehsalı, İranda və ya Rusiyada zavodun açılması avtomobillərimizin Rusiyaya nə qədər uğurla ixrac edilməsi, onun bazarına çıxa biləcəyimiz və İran modellərinin Rusiyada nə dərəcədə yaxşı qarşılanacağından asılıdır”.

Rəsmi nümayəndənin sözlərinə görə, bu məlumatlar alındıqdan sonra ölkə Rusiyada birgə istehsala və avtomobil bazarının inkişafına investisiya qoyuluşu məsələsini öyrənməyə başlayacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR