Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistanda səfərdə olan İran prezidenti Məsud Pezeşkian İrəvan şəhərində yerləşən Qədim Azərbaycanın tarixi abidəsi – Göy Məscidi ziyarət edib. Prezident burada ibadət mərasimində iştirak edib və namaz qılıb.
Göy Məscid 1760-cı illərdə irəvan xanı Hüseynəli xan tərəfindən inşa olunub və vaxtilə şəhərin ən böyük məscidi olub. Lakin XX əsrin ortalarından etibarən Ermənistan ərazisində bütün Azərbaycan izləri – məscidlər, qəbiristanlıqlar, memarlıq abidələri sistemli şəkildə dağıdılıb. 1988-ci ildən başlayaraq azərbaycanlılar Ermənistanın bütün ərazilərindən, o cümlədən İrəvandan kütləvi şəkildə qovulduqdan sonra Göy Məscid də sahibsiz qalıb.
1996-cı ildə İranın müdaxiləsi ilə bu məscid bərpa edilsə də, onun tarixi mahiyyəti təhrif olunaraq “İran məscidi”, “İran abidəsi” kimi təqdim edilib. Bu, həm də İran–Ermənistan əməkdaşlığının bariz nümunəsi olub. Oxşar addım vaxtilə Şuşa şəhərində yerləşən tarixi Yuxarı Gövhərağa məscidi ilə bağlı da atılmışdı – həmin abidə də İran və Ermənistan birgə “bərpa” adı altında dəyişdirilərək İran məscidi kimi təqdim olunmuşdu.
Bütün bunlara baxmayaraq, Azərbaycanlı bir prezidentin – Məsud Pezeşkianın İrəvanda, Azərbaycan xalqına məxsus tarixi abidədə ibadət etməsi və namaz qılması müsbət hadisə kimi dəyərləndirilir.
Musavat.com olaraq İran prezidentinin Göy Məscid ziyarətinə dair videonu da təqdim edirik:
Musavat.com
19 Avqust 2025
18 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ