İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Prezidenti dinc etirazçıları hədələyib

"İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir".

Musavat.com İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Fatimeyi-Zəhranın vəfatı ilə əlaqədar keçirilən tədbirdə ölkədəki etiraz aksiyalarından bəhs edərkən deyib.

Onun sözlərinə görə, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. İ.Rəisi ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb.

İran Prezidenti dünyada korrupsiyanın, ədalətsizliyin və fironçuluğun hökm sürdüyünü bildirərək deyib: "Bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar".

Rəisi həmçinin kütləvi informasiya vasitələrini "cahilliyi təbliğ etməkdə" və "düşmən" adlandırdığı etirazçıları ittiham edib.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR