İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ordusu sərhədimizdə - Ərdoğan Qarabağda bu MESAJLARI verəcək!

Ərdoğan bu gün Azərbaycana gəlir: Əliyevlə birlikdə Zəngilanın işğaldan azad edildiyi gündə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edəcək.
Səfər sərhədimizdə hərbi təlimlər keçirən və Bakıya qarşı müxtəlif kanallarla təhdid irəli sürən İrana Ankara və Bakının birlik mesajının verilməsi baxımından da yerinə düşür.

Ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə hərbi təlimlərlə “güc nümayişi” sərgiləmişdi və həmin ərəfədə Ərdoğan Füzuli Hava Limanını açılışı məqsədilə işğaldan azad edilən ərazilərə gəlmişdi. Bir il sonra yenə eyni ssenari təkrarlanır: Türkiyənin Azərbaycanda, ümumiyyətlə bölgədə olmasına qarşı çıxan Tehran hərbi təlimlərlə nələrisə nümayiş etdirməyə çalışır və öz hərbçilərinə bir-iki güllə atıb gedirlər.
Əliyevlə Ərdoğanın Arazın sahilində verəcəkləri mesajlar da maraqlı olacaq.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.45-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız AXP sədri Pənah Hüseyndir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR