İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran nüvə razılığına yeni tələblər əlavə edib” – ABŞ danışıqların dayandığını açıqlayıb

İran son danışıqlar zamanı nüvə proqramı ilə bağlı müzakirələrlə əlaqəsi olmayan tələblər əlavə edib.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın İranla nüvə danışıqlarının bərpası üçün müzakirələrdə iştirak edən nümayəndəsi deyib.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin sözlərinə görə, danışıq masasında İranın nüvə razılığına əməl edə bilməsi, Vaşinqtonun isə Tehrana qarşı sanksiyaları yüngülləşdirməsi üçün müəyyən müddət təklif olunub.

Ötən həftə Qətərin paytaxtı Dohada Tehranla Vaşinqton arasında 2015-ci ildə əldə olunan İran nüvə razılığını bərpa etmək üçün aparılan dolayı danışıqlar ümid edilən irəliləyiş olmadan başa çatıb.

Malli deyib ki, iranlı nümayəndələr yeni tələblər irəli sürüblər.

“Onlar Dohada yeni tələblər əlavə ediblər ki, mən onlara baxam hər hansı bir şəxsin onların nüvə razılığı ilə, onların keçmişdə istədiyi şeylərlə əlaqəsinin olmadığını görər” ,- o, NPR-a müsahibəsində bildirib.

Tələblərə Amerika Birləşmiş Ştatları və avropalıların danışıqlara daxil edə bilməyəcəyi məsələlər daxildir.

“İndi reallaşmalı olan müzakirələr bizimlə İran arasında deyil, baxmayaraq ki, biz buna hazırıq. Bu müzakirələr İranla İranın özü arasındadır. Onlar razılığa əməl etməyə hazır olub-olmamadıqları ilə bağlı bir nəticəyə gəlməlidirlər”- deyə Malli bildirib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Aİ-nin baş diplomatı Cosep Borrelllə danışıqlardan sonra Twitter-də bildirib ki, “razılıq yalnız qarşılıqlı anlayış və maraqlar əsasında mümkündür. Biz güclü və davamlı razılıq əldə etməyə hazırıq. ABŞ razılıq istəyib-istəmədiyinə və yaxud birtərəfli tələblərinə sadiq qalmaqda israr edib-etməyəcəyinə qərar verməlidir”.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, hazırda İranla başqa danışıqlar planlaşdırılmır. O əlavə edib ki, Tehran son həftələr və aylar ərzində dəfələrlə 2015-ci ildə imzalanan nüvə razılığının hüdudlarını aşan kənar tələblər irəli sürüb.

“Nüvə razılığının məhdud hüdudlarını aşan hər hansı bir şeyi irəli sürmək ciddiyyətsizlikdən xəbər verir, öhdəliyin olmamasından xəbər verir. Təəssüf ki, komandamızın Dohada müşahidə etdiyi də budur” – deyə, Prays müxbirlərə bildirib.

ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxaraq, onun İrana qarşı çox yumşaq olduğunu bildirib və ABŞ-ın sanksiyalarını bərpa edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR