İnsanlara hürriyət, millətlərə istiqlal!

İran MAQATE-ni aldadıb və nüvə qurğularını dəyişdirib – Məxfi hesabat açıqlandı

Atom enerjisi üzrə Beynəlxalq Agentlik özünün məxfi hesabatında İranı nüvə enerjisi ilə bağlı elan edilməmiş dəyişikliklərə yol verməkdə ittiham edib.

Azpost.info “Al-Arabiyya” telekanalına istinadən bildirir ki, MAQATE İranın nüvə enerjisi üzrə hazırladığı məxfi hesabatını üzv dövlətlərə göndərib.

Agentliyin məlumatına görə, İran nüvə obyekti olan “Farda”da sentrifüqalarda dəyişiklik etdiyini açıqlayıb. Bu isə Tehranın nüvə sazişi ilə bağlı sazişdə üzərinə götürdüyü öhdəliklərə ziddir. Məxfi hesabatda vurğulanır ki, uranın 60 faiz zənginləşdirməyə imkan verən IR-6 sentrifuqalarının iki seriyası bir-biri ilə tam fərqli şəkildə əlaqələndirilib.

İran isə bu barədə məlumat verməyib.

MAQATE bu dəyişikliyi yanvarın 21-də İranın yeraltı “Farda” kompleksinə qəfil yoxlaması zamanı aşkar edib.

Agentlik qeyd edib ki, bu obyektdəki qurğular son dərəcə məxfi saxlandığı üçün saziş uranın burada zənginəşdirilməsini qadağan edir.

Hesabatda deyilir ki, bu iki zəncir arasında əlaqə İranın Agentliyə bəyan etdiyindən fərqlənir.

MAQATE-nin baş direktoru Rafael Qrossi İranın zaovdun konstruksiyasında və yanacağın zənginləşdirilməsi barədə informasiyalarda dəyişiklik etməsindən narahatdır.

Maraqlıdır ki, bu məxfi hesabat Tehranla MAQATE arasında gərgin münasibətərin olduğu zamanda açıqlanıb.

Baş direktor bəyan edib ki, İranla aparılan danışıqlar dalana dirənib. Buna baxmayaraq qurum belə ciddi məsələdə siyasi vakuumun yaranmasını istəmir. Qrossi tezliklə Tehrana səfər edərək danışıqlara başlayacağına ümid edir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR