İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailə qarşı sürpriz müharibə başlada bilər-“Reuters”in məqaləsi

 

“Reuters”-də İrandakı baş verən siyasi proseslərlə bağlı təhlil yazısı yayımlanıb.

Musavat.com xəbər verir ki, həmin yazıda İranda baş verən aksiyalara, molla rejiminin sonunun necə olacağına toxunulub.

Məqalədə  “rejimin hərbi yolla məhv olmaması üçün atom bombasının əldə edilməsi sığortadır” deyə bildirilib.

Məqalədə qeyd edilib ki, İran yalnız daxili işlərini həll etmək üçün yeganə yol olduğunu və qalib gəlmək şansının maksimum olacağını düşündüyü gün İsraillə birbaşa münaqişəyə girəcək:

“O gün, hər cür tədbir görəcək ki, gözlənilmədən peyda ola bilsin. Nümayişlərdə isə müxtəlif ssenariləri baxaq: 1) Repressiyalara görə etirazlar dayanır, 2) Onlar endemik olmaqda davam edir və rejim onları qəbul edir, 3) Onlar güclənir, qartopu effekti yaranır və 1979-cu ildəki kimi rejim çökür. Üçüncü fərziyyə çətin ki mümkün olsun çünki, belə bir vəziyyətdən qaçmaq üçün rejim əlində olan bütün vasitələrdən istifadə edəcək. Onun üçün belə bir ehtimal ölçüyə gəlməz bir fəlakətdir, ideoloji, maliyyə, siyasi müstəvidə ağlasığmazdır və İslam Respublikasının süqutunun qarşısını almaq üçün nə qədər riskli addımlar atılmalı olduğunu xatırladan amildir. Bütün alternativlər arasında, əgər həyata keçirilərsə, vəziyyəti dəyişdirə biləcək bir məqam var. Söhbət İsrailə qarşı sürpriz müharibənin başlamasından gedir. Bu, nisbətən mümkün olmayan, lakin qeyri-mümkün olmayan bir ssenaridir”,-deyə yazıda bildirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR