İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri ola bilər? - İLGİNC DETALLAR

Artıq 10 gündür ki, Yaxın Şərqdə İsrail-İran arasında ciddi gərginlik yaşanmaqdadır. İsrail Avropa İttifaqını İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa və Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

TASS-ın yaydığı məlumata görə, İsrail XİN rəhbəri İsrail Kats İranı Hörmüz boğazında gəminin ələ keçirilməsindən sonra “pirat əməliyyatı” keçirməkdə və “beynəlxalq hüququ pozmaqda” ittiham edib.

Qeyd edək ki, İran SEPAH tərəfindən Hörmüz boğazında konteyner gəmisinin ələ keçirildiyini təsdiqləyib.

Bəs İran-İsrail qarşıdurmasının Azərbaycana hansı təsirləri ola bilər?

elxan.jpg (68 KB)

Musavat.com xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzuya bu cür şərh bildirib:

“İsrail İranın Suriyadakı konsulluq binasını vurduqdan sonra iranlı deputatlardan birinin “İsrailin Azərbaycandakı səfirliyini hədəf alaq” təklifi İsrail-İran qarşıdurmasının Azərbaycana təsir edə biləcəyinin ilk işartısı idi. İran İsrailə raket atarsa və ya hansısa digər şəkildə konsulluq binasına hücuma cavab verərsə, İsrail İrana qarşı növbəti həmləsini həyata keçirəcək.

Əlbəttə, Azərbaycan olaraq biz bu qarşıdurmaya qarışmayacağıq, ancaq reallıq bundan ibarətdir ki, İranla münasibətlərimizdə suallarımız var, İsraillə isə tərəfdaşlıq münasibətlərimiz davam edir. İsrail-İran qarşıdurmasının davamlı hal alması və müharibəyə keçməsi ehtimalı İranın daxilində proqnozlaşdırılması çətin olan hadisələrə səbəb ola bilər. İsrail İranın Suriyadakı konsulluq binasını hədəf alarkən bunu da hesablamamış deyil, bəlkə də hədəflərindən biri bu olub. Görünür, İranın qərar verən mərkəzləri İsrailə necə cavab verəcəkləri barədə qərar verməkdə çətinlik çəkirlər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR