İnsanlara hürriyət, millətlərə istiqlal!

İran HƏRƏKƏTƏ KEÇİR: Bütün silahlardan İSTİFADƏ EDİLƏCƏK

İran Silahlı Qüvvələri yaxın günlərdə bütün növ texnikadan istifadə etməklə genişmiqyaslı təlimlər keçirəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, quru qoşunlarının “Ektedar 1402” adlı təlimi yaxın günlərdə baş tutacaq.

Təlimlər İsfahanda yerləşən Nəsrabada hərbi təlim-mərkəzində keçiriləcək.

Agentliyin məlumatına görə, təlimlərə ordunun arsenalında olan bütün növ texnikalardan istifadə etməklə artilleriya, hava-desant, raket və digər birləşmələr cəlb olunacaq.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, ölkənin Fələstin-İsrail münaqişəsinə girməsi perspektivini təsəvvür etmək olar. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR