İnsanlara hürriyət, millətlərə istiqlal!

İran generalı: “İsrailin bir səhvi onun şəhərlərinin məhvi ilə nəticələnəcək”

“İranla münasibətlərdə İsrailin hər hansı səhvi Təl-Əviv və Hayfanın məhvinə səbəb ola bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu İran ordusunun piyada qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydəri deyib.

Onun sözlərinə görə, İran dövlətinin rəhbəri ayətullah Seyid Əli Xamneyinin göstərişi ilə “İsrail hər hansı səhvə yol verərsə, İran Təl-Əviv və Hayfanı yerlə-yeksan edəcək”.

İran hərbçisi İsraili "müsəlman ərazilərini işğal etdiyinə" görə bir daha qınayaraq “bu torpaqların 25 ildən az müddətdə İslam ərazilərinə qatılacağını” bildirib.

Onun bildirdiyinə əsasən, piyada qoşunlarının bütün bölmələri dəqiq zərbə, uzaqmənzilli və ağıllı silahlarla təchiz edilib. İranlı general bundan başqa pilotsuz təyyarələrin və operativ raketlərinin əhatə dairəsini genişləndirdiklərini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR