İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ermənistana qucaq açır- Son günlərin faktları  



"İran-Ermənistan sərhədi ən təhlükəsiz və dinc sərhədlərdən biridir".

Musavat.com xəbər verir ki, bu iddianı İran Polisinin Sərhəd Qoşunları Komandanlığının sərhəd və hüquq məsələləri üzrə müavini Yusefi dilə gətirib. O, iki ölkə arasında sərhəd əlaqələrinin yaxşılaşmasının zəruriliyinə toxunaraq bildirib: “Bizim Ermənistanla birgə sərhədlərdə hər hansı xüsusi problem yoxdur, ətraf mühitin və sərhəd çaylarının qorunması üçün xüsusi səylər göstərməliyik".

Onun sözlərinə görə, narkotik maddələrin qanunsuz dövriyyəsi və sərhəd pozucuları qonşu dövlətlər və Avropa ölkələri üçün təhlükədir:

“Həmin ölkələrin sərhəd xidməti xüsusi təyinatlı qüvvələr hazırlayaraq sərhəd pozucularının qarşısını alır".

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zühur isə deyib ki, biz uzun müddətdir ki, Cənubi Qafqaz regionunda İran mədəni irsinin təhrif və məhv edilməsi cəhdlərinin şahidi oluruq. Onun sözlərinə görə, İranın Cənubi Qafqaz regionunda mədəni və tarixi irsinin müəyyən hissəsi artıq qalmayıb. Diplomat bunun həm maddi, həm də qeyri-maddi irsə aid olduğunu vurğulayıb.

Onu da qeyd edək ki, İranla Ermənistanın Orbeli İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Tehranda isə “İran və Ermənistan əlaqələri və Qarabağdakı son proseslər” adlı toplantı keçirilib. İranlı jurnalist Abed Əkbəri özünün Tvitter hesabında Ermənistanın Orbeli İnstitutunun eksperti Janna Vadyanyanla əməkdaşlıq sazişi imzalamasına dair foto paylaşıb.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR