Onlayn ictimai-siyasi qəzet
“Rəisinin həlak olması cari dövrdə baş vermiş qəzaya görə məsuliyyətin kimin üzərinə qoyulmasını əsas məsələyə çevirəcək”.
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi analitik Asif Nərimanlı qeyd edib.
O bildirib ki, bu kontekstdə İranın iki seçimi var:
“Ya qəzanın qeyri-peşəkarlığa görə baş verdiyini elan edəcəklər və bu halda prezidentin təhlükəsizlik xidmətindən tutmuş yüksək rütbəli hərbçilərin cəzalandırılması zərurəti yaranır, hətta səbəb “hava şəraiti” olsa belə, bunun məsuliyyətini kimlərsə daşımalıdır. Ya da daxili sistemdə kimlərisə qorumaq üçün məsələni “kənar qüvvələrə” bağlaya bilərlər. Bu həm də “xarici düşmən” ətrafında daxili həmrəylik yaradılması üçün sərfəlidir, lakin riskli gedişdir, çünki məsələ konsulluq binasının vurulması, yaxud generalın öldürülməsi deyil. Qəzada prezident həlak olub və burada “kənar müdaxilə” axtarışı İranı müharibəyə başlamaq məcburiyyətində buraxa bilər.
Bu baxımdan, İran elitası dilemma qarşısında qala bilər. İran mediasında isə bəzi ekspertlərin “kənar qüvvə” axtarışına dair təhlükəli fikirləri yayılır. Onların özfəaliyyəti kimi görünən bu yanaşma İranın “nəbz yoxlaması” da ola bilər. Mümkündür ki, İran rəhbərliyi qəzanın hansı formada təqdim edilməsi üzərində düşünür. Çünki İran prezidentinin ölümü həm bu ölkənin daxilində, həm də bütün regionda siyasi tarazlıqlara təsir edəcək”.
Afaq,
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ