Onlayn ictimai-siyasi qəzet
“Birləşmiş Ştatlar İsrailə özünü təhdidlərdən müdafiə etməyə kömək etməyə davam edəcək, lakin İranla müharibə və ya Yaxın Şərqdə münaqişənin genişlənməsinə can atmır”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi İranın İsrailə misli görünməmiş hücumuna cavab olaraq İsrailin İrana mümkün zərbəsini dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı suala cavab verərkən deyib.
Tehran bu hücumun öz növbəsində İranın Dəməşqdəki konsulluğuna vurulan zərbəyə cavab olduğunu bildirir. Əməliyyatın məqsədlərinə çatdığını və hazırda münaqişəni daha da gərginləşdirməyə çalışmadığını, əksinə, İsrailin İran ərazisinə yeni hücumları halında daha güclü zərbələr endirməyə hazır olduğunu bildirir.
Bundan əvvəl Amerika mediası Ağ Evdəki yüksək vəzifəli məmurlara istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Co Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbətində ABŞ-nin İrana qarşı heç bir hücum əməliyyatında iştirak etməyəcəyini bildirib. Eyni zamanda o, Netanyahunu əmin edib ki, ABŞ İsraili qorumağa sadiqdir. ABŞ 2 gün əvvəl İsrailə edilən hücumun dəf edilməsində iştirak edib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, İran tərəfindən buraxılan bütün raketlərin və pilotsuz təyyarələrin 99%-i, ümumilikdə üç yüzdən çoxu vurulub, onların əksəriyyəti İsrail ərazisinə çatmayıb. Müdafiəyə “Dəmir Günbəz” və “David Sling” sistemləri də daxil olmaqla hava hücumundan müdafiə qüvvələri, həmçinin İsrail ordusunun qırıcıları, ABŞ və Britaniyanın döyüş gəmiləri daxil idi. İordaniya silahlı qüvvələri də müdafiəyə qoşulub. İsrail Negev səhrasındakı bir hərbi bazayai ziyan dəydiyini bildirib. Tələfat olmayıb, bir neçə nəfər xəsarət alıb.
İran İsraildə nəzərdə tutulan bütün hərbi obyektləri vurduğunu bildirib.
İsrail Nazirlər Kabineti bazar günü İrana mümkün cavabları müzakirə edib. Medianın məlumatına görə, sərt xətt tərəfdarları İrandakı hədəflərə birbaşa zərbə endirilməsinin tərəfdarıdırlar. “The New Times” qəzetinin yazdığına görə, belə bir zərbə hazırlanırdı, lakin Netanyahu ilə Bayden arasında telefon danışığından sonra, görünür, Amerika tərəfinin rəyi nəzərə alınaraq, ləğv edilib və ya təxirə salınıb.
İsrailin müdafiə naziri Yoav Gallant bazar günü bəyanat yayaraq bildirib ki, İsrail indi İran təhdidinə qarşı “strateji ittifaq” yaratmaq imkanına malikdir. İsrail hərbi kabinetinin digər üzvü Benny Gantz İrana qarşı “regional koalisiya”dan danışaraq, İsrailin İrana “nə vaxt və uyğun gördüyü şəkildə” cavab verəcəyini qeyd edib. Bu bəyanatlar onu göstərə bilər ki, İrana qarşı təcili cavab tədbirləri hazırda İsrailin prioriteti deyil.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert, polkovnik Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ