İnsanlara hürriyət, millətlərə istiqlal!

İran BMT-nin qadınların vəziyyəti ilə bağlı komissiyasından çıxarıldı

BMT-nin iqtisadi və sosial məsələlər üzrə şurası İranın qadınların vəziyyəti ilə bağlı komissiyadan xaric edilməsini dəstəkləyib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 29 ölkə qərarın lehinə, 8 ölkə - Boliviya, Zimbabve, Qazaxıstan, Çin, Nigeriya, Nikaraqua, Oman və Rusiya əleyhinə səs verib, 16 ölkə isə bitərəf qalıb.

ABŞ-ın təşəbbüsü ilə keçirilən səsverməni sərt tənqid edən İran onu qeyri-qanuni adlandırıb.

BMT Tehranı qadın hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu pozmaqda və hökumət əleyhinə nümayişləri qəddarlıqla dağıtmaqda ittiham edir.

Xatırladaq ki, sentyabrın 13-də geyim qaydasını pozduğuna görə polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra İranda kütləvi nümayişlər başlayıb. Bəzi QHT-lərin məlumatına görə, etiraz aksiyalarının dağıdılması zamanı 400-dən çox insan ölüb, 2 minə yaxın insan həbs edilib. Həmçinin aksiyalarda iştirak edən 11 nəfər edam cəzasına məhkum olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR