İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir  

ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası dünya miqyasında dini azadlıqların vəziyyəti ilə bağlı hesabatını dərc edib.

Musavat.com xəbər verir ki, hesabatda Bayden administrasiyasına İranı bir daha xüsusi narahatlıq doğuran ölkələr sırasına daxil etməyi tövsiyə edilib.

İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb.

Eyni zamanda İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə, bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib.

Bu komissiya həmçinin ABŞ Konqresindən Tehran hakimiyyətinin təzyiqi altında olan iranlı qaçqınların Amerikada məskunlaşmasına kömək etməyi və iranlıların daha çox dini azadlıqlara nail olmaq üçün mübarizəsini dəstəkləməyi xahiş edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR