İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran başqa ölkələrə PUA-lar satır, amma özündə baş verən hadisələr üçün yardıma Türkiyə gəlir”

“Günah ilk növbədə təhlükəsizlik xidmətinə aiddir. Belə bir havada helikopterin qalxmasına icazə verilməməli idi. Hava komponentindən çox, helikopterin texniki vəziyyəti maraq doğurur. Hava şəraiti pis idisə, digər iki pilot helikopteri təyin olunan meydançaya endirib. Deməli, əsas problem helikopterdə yaranan nasazlıq idi”.

Musavat.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev “TV Musavat”ın efirində bildirib.

“Axtarış prosesini izlədim, çox bərbad vəziyyət idi. İran xilasedicilərinin standart xilasediciyə aid olan avadanlıqları yox idi. Gecəgörmə cihazları yox idi, fənərlər axtarırdılar. Fənərlə gecə dumanlı havada nəyisə tapmaq olarmı? Gecəgörmə cihazları, CPS-lər, termal kameralar, dağ şəraitində dırmanmaq üçün kəndirli avandalıqlar və s. lazım idi. Lakin heç birini görmədik. Hər bir halda İran təchizat baxımından zəif göründü”, - o qeyd edib.

Ekspert İranın gecə uçuşlarını həyata keçirə bilən helikopterlərə ehtiyacı olduğunu vurğulayıb:

“Koordinatların tapılması Türkiyə heyətinin uğurudur. İran başqa ölkələrə pilotsuz uçuş aparatları (PUA) satır, amma özündə baş verən hadisələr üçün yardıma Türkiyə gəlir. Termal optik elektron sistemlər hardadır? Məxfi şifrələnmiş dövlət rabitəsini təmin edən TETRA sistemlərini görmədik. Siqnallar barədə məlumatlar sadəcə ictimaiyyətin təzyiq dalğasını azaltmaq üçün idi”.

Ədalət Verdiyev informasiya cəbhəsində də boşluqlara yol verildiyinə diqqət çəkib:

“Yazdılar, sildilər. Ümumilikdə, bu prosesdə peşəkarlıq və ixtisaslı yanaşma yox idi. Hadisə may ayında baş verib. Yanvarda baş versə idi, necə olardı? Əraziyə aylar ərzində gedib çıxa bilməzdilər. Yağışdan şikayət ediblər. Kürdəmir deyil ki, may ayında hava isti ola! 2500 metr yüksəklikdə may ayında yağışın olması normaldır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR