İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycandan qaçan xainləri geri qaytarmır

Dövlətə xəyanətdə günahlandırılan həmin şəxslər Tehranda himayə olunurlar, səfirliyimizə hücum işinin məhkəməsi yaxında başlaya bilər - siyasi və təhlükəsizlik ekspertləri danışır

İran və Azərbaycan baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyev arasında onlayn görüş olub. Görüşdə son razılaşmalar, ikitərəfli hüquqi və məhkəmə əməkdaşlıqları, o cümlədən iki ölkənin Baş prokurorluqları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu ətrafında müzakirə və fikir mübadiləsi aparılıb. İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, söhbət zamanı tərəflər Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı faciəvi hadisəni və onu törədən şəxslə bağlı İran məhkəmə sisteminin təqib prosesini nəzərdən keçiriblər. 

“Bu kontekstdə formal maneələr aradan qaldırıldıqdan və iş yekunlaşdıqdan sonra məhkəmənin vaxtının müəyyən ediləcəyi və yaxın vaxtlarda keçiriləcəyi açıqlanıb”, səfirlik qeyd edib. Məlumatda həmçinin bildirilir ki, görüşdə iki qonşu dövlətin münasibətlərini “dostluq və qardaşlıq münasibətləri adlandıran tərəflər” ikitərəfli münasibətlərdə yeni səhifənin başladığını vurğulayıb. İran baş prokuroru Azərbaycan baş prokuroru Kamran Əliyevi İrana səfərə dəvət edib. 

Bu il sentyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının Bakıda keçirilən 4-cü iclası çərçivəsində iki ölkənin baş prokurorları arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən ekstradisiya, məhkumların verilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilib. Həmçinin İranda məhkum edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub. Bundan öncə isə Azərbaycan baş prokuroru İrana səfəri zamanı bu ölkədə gizlənən Azərbaycanda dövlətə xəyanətdə günahlandırılan şəxslərin təhvil verilməsi məsələlərini qaldırıb. 

Xatırladaq ki, danışıqlardan sonra İranda Azərbaycan səfirliyinə hücum sahəsində istintaqda bir yenilik olması ilə bağlı hər hansı məlumat yayılmayıb. Rəsmi Bakı Tehrandakı səfirliyinə silahlı basqını terror kimi qiymətləndirib. İran istintaq orqanı isə silahlı basqının şəxsi zəmində olduğunu bildirib. İranda həbsdə olan Fərid Səfərlinin apelyasiya şikayəti də təmin edilməyib. Həmçinin Azərbaycanın dövlətə xəyanətdə günahlandırdığı Azərbaycan vətəndaşlarının təhvil verilməsi ilə bağlı bir xəbər yoxdur. “Ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”. Bunu isə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani bildirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası üçün tərəflər yol xəritəsi müəyyən edib. “Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı məhkəmə yaxın tarixdə keçiriləcək”. Tehran vilayətinin Ədliyyə üzrə Baş İdarəsinin rəisi Əli Əl-Qasi Mehr Ali Ədliyyə Şurasının iclasında Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işindəki nöqsan və maneələrin aradan qaldırıldığını bildirib. O qeyd edib ki, sözügedən cinayət iş üzrə məhkəmə iclası yaxın tarixdə keçiriləcək.

Ruslan öldü, yaşasın Alp Arslan -<font color=red><b> Adını özü qoyan  insan</b></font> Ucnoqta.az

Alp Arslan İmamqulu

Təhlükəsizlik eksperti Alp Arslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, hər iki proses - səfirlik işi üzrə məhkəmənin yubanması, tələb olunan şəxslərin verilməməsi göz qabağındadır. Onun fikrincə, bu məsələlər İran-Azərbaycan münasibətləri çərçivəsində dəyərləndirilsə, diplomatik əlaqələrdə gərginlik yoxdur: “Azərbaycanın təhlükəsizliyi ilə bağlı bu şəxslər tələb olunursa, amma o adamlar bir dövlət tərəfindən himayə olunursa, deməli, əlaqələr xoş istiqamətdə getmir. Tehran əlaqələri yaxşılaşdırmaq istiqamətində cəhd etmiş kimi görünür, lakin həmin şəxslər İranda özlərinə himayə tapa biliblərsə, bu, təhlükəli haldır. Çünki Türkiyədə, Rusiyada, Ukraynada gizlənən, axtarışda olan cinayətkarlar tutularaq Azərbaycana təhvil verilib. Rəsmi Tehran isə həmin şəxsləri vermir. Ona görə Azərbaycan İrana qarşı diplomatik addımlar atmalıdır”. Ekspertin sözlərinə görə, səfirliyə qarşı terror cinayət xarakteri daşıyır: “Azərbaycan da istintaq prosesində iştirak etməli idi. İranın istintaqı təktərəfli aparması müəmmalıdır. Bütün hallarda məhkəmə prosesi bu qədər yubanmamalı idi. Burada da İranın Azərbaycana qarşı ikili standartlarla yanaşması görünməkdədir”.

Oxu.az - Ramiyə Məmmədova: “Türkiyə seçicisi başa düşür ki, Ərdoğan  xarizmatik liderdir”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, İran tələb olunan şəxsləri qorumaqla onlardan alət kimi istifadə edir: “Bu şəxslər agentura şəbəkəsidir. Əgər İran onları bizə təhvil versə, həmin casus şəbəkəsinin üzdə görünməyən üzvlərində bir etimadsızlıq yaranacaq. Onlar Tehran rejiminə güvənməyəcəklər, eyni aqibəti yaşayacaqlarından qorxacaqlar. Bu kontekstdə İranın addımlarını dəyərləndirmək olar. Ümumiyyətlə, cənub qonşumuzda olan rejim heç zaman səmimi olmayıb. Bu gün də verilən açıqlamalar münasibətləri yoluna qoymaq, gərginliyi azaltmaq məqsədi güdür, İrandakı hakim rejimin bizə baxışı isə dəyişməyib”. Ekspert bununla belə hesab edir ki, Azərbaycan bu məsələni tez-tez gündəmə gətirməli, Tehranın yadına salmalı, diplomatik təzyiqi gücləndirməlidir: “Eyni zamanda, İranda səfirliyimizlə bağlı məhkəmə prosesində Azərbaycandan vəkillər iştirak etməlidirlər. Bu məsələyə İran dövləti tək baxa bilməz. Onun obyektivliyinə onsuz da şübhə var. Üstəlik, hadisə İranda olsa belə, səfirliyin ərazisi Azərbaycan ərazisi sayılır. Bu baxımdan Bakıdan vəkillər getməli, məhkəmə istintaqında iştirak etməlidirlər. Ancaq bu işin əsl mahiyyətinin üstü açılmayacaq, sifarişçilər üzə çıxarılmayacaq”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR