İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı tələbələrinə seksual təcavüzdə suçlanır

Amerikalı iqtisadçı və iqtisadiyyat üzrə 2022-ci il Nobel mükafatı laureatı Filipp Dibviq cinsi sataşma ittihamları ilə üzləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məsələ ilə əlaqədar Sent-Luisdəki Vaşinqton Universiteti keçmiş tələbələrdən birinin iddiaları ilə bağlı artıq araşdırmaya başlanıb.

İqtisadçı Endryu Miltenberq Dibviqin son həftələrdə cinsi təcaavüz şikayətlərinə baxılmasına cavabdeh olan universitet rəsmiləri tərəfindən dindirildiyini açıqlayıb.

Bu məqsədlə universitet əvvəllər də oxşar iddialarla çıxış etmiş ən azı üç keçmiş tələbə ilə əlaqə saxlayıb.

“Onlar Dibviqin onlara seksual sataşma həyata keçirdiyini iddia edən yeddi keçmiş tələbədən ibarət qrupun bir hissəsidir”, - yazıda deyilir.

Qeyd olunur ki, ittihamlar ən azı onillik bir dövrü əhatə edir.

Universitetin özü Dibviqə qarşı irəli sürülən ittihamları şərh etməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR