İnsanlara hürriyət, millətlərə istiqlal!

İqor Makarov Rusiya vətəndaşlığından imtina etdi

Rusiyada ilk özəl qaz şirkəti olan “İtera”nın yaradıcısı, “Areti” beynəlxalq şirkətlər qrupunun prezidenti, milyarder İqor Makarov Rusiya vətəndaşlığından imtina edib.

Musavat.com “Forbes” jurnalına istinadən xəbər verir ki, Makarov bu addımı 2023-cü ildə atıb. O, Kipr Respublikası (yunan) vətəndaşlığını üstün tutub.

Qeyd edək ki, İqor Makarovun varidatı 2,1 milyard dollar həcmində qiymətləndirilir. Dünya milyarderləri sırasında 466-cı yerdə dayanan rusiyalı iş adamı 2020-ci ildən Kiprdə “qızıl pasport” alıb.

2022-ci ildə Ukraynada işğalçı müharibə başlayandan sonra Böyük Britaniya və Kanada Makarovu sanksiya siyahısına salıb.

Məlumat üçün bildirək ki, “İtera” 90-cı illərdə yaradılıb, uzun müddət Azərbaycana qaz satışını həyata keçirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR