Onlayn ictimai-siyasi qəzet
Qırğızıstandakı Zəfər zirvəsi ərazisində daha çox alpinist həlak ola bilər və buna görə də Qırğızıstan Fövqəladə Hallar Nazirliyi onların şəxsiyyətini müəyyən etmək üçün respublikanın Daxili İşlər Nazirliyi ilə birgə çalışacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan FHN-nin mətbuat katibi Adil Çarıqov məlumat verib.
"Qeyri-rəsmi olaraq, orada Zəfər zirvəsi ərazisində) daha çox cəsəd var. Ona görə də biz Daxili İşlər Nazirliyi ilə birlikdə işləyəcəyik, əlimizdə olan lazımi məlumatları verəcəyik", - o deyib.
Çarıqov konkret rəqəmlər açıqlamayıb və qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyi həlak olan alpinistlərin sayını dəqiqləşdirmək üçün məlumat bazasını artırır.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ