İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında qanuna dəyişiklik edildi - yenilik

Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklər müzakirəyə çıxarıldı. Qanun layihəsini Birinci vitse-spiker Əli Hüseynli təqdim etdi.

Layihəyə əsasən, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir. Belə ki, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. Bundan əlavə, insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda - həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və sair - isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.

Qanun layihəsi ətrafında çıxışlar oldu, deputatlar hazırki Ombudsman Səbinə Əliyevanın fəaliyyətini təqdir etməklə yanaşı, bəzi təkliflərini də irəli sürdülər və yekunda layihə birinci oxunuşda qəbul edildi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR