İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərədə tibb işçisi çatışmazlığı ictimai sağlamlığı təhdid edən həddə çatıb

İngiltərədə tibb işçisi çatışmazlığı ictimai sağlamlığı təhdid edən həddə çatıb.

AZƏRTAC xəbər verir ki, millət vəkillərinin hazırladığı hesabata görə, Milli Səhiyyə Xidmətində (NHS) kadr çatışmazlığı xəstələrin sağlamlığını təhdid edəcək səviyyəyə çatıb.

NHS tarixində misli görünməmiş həkim çatışmazlığı 12 mini, tibb bacısı çatışmazlığı isə 50 mini ötüb.

Hesabata görə, tibb işçisi çatışmazlığının aradan qaldırılması üçün təsirli addımların atılmaması, pandemiya səbəbindən uzanan gözləmə müddətlərinin daha da uzanması riski yüksək həddə çatıb. Həmçinin hesabatda xəstə və yaşlılara qulluq mərkəzlərinin 95 faizinın işçi tapmaqda, 75 faizinin isə mövcud işçilərini saxlamaqda çətinlik çəkdiyi açıqlanıb.

Hesabatı hazırlayan İcmalar Palatasının Səhiyyə və Sosial Baxım Komitəsinin sədri və keçmiş səhiyyə naziri Ceremi Hant bildirib ki, sentyabrda vəzifəyə qədəm qoyacaq yeni baş nazir üçün əsas prioritetlərdən birinin səhiyyə sistemində dəyişiklik etməkdir. O, söyləyib ki, Milli Səhiyyə Xidmətində davamlı işçi çatışmazlığı həm tibb işçiləri, həm də xəstələr üçün böyük risk yaradır.

Kral Tibb Bacısı Kollecinin direktoru Patrisiya Markis deyib ki, səhiyyə sistemində çalışan bəzi tibb bacılarının ailələrini dolandırmaq, kirayə haqqını ödəmək və işə gəlmək üçün nəqliyyat pulu tapmaqda çətinlik çəkməsi qəbuledilməzdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR