İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə nəhəngi türk ulduzdan ƏL ÇƏKMİR: təklifi 80 milyon avroya çıxardı

İtaliyanın "Yuventus" komandasının futbolçusu Kənan Yıldız karyerasını İngiltərədə davam etdirə bilər.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" türkiyəli hücumçunu mövsümün sonunda müqaviləsi başa çatacaq Məhəmməd Salahın əvəzləyicisi kimi görür.

İngiltərə nəhənginin bu transfer üçün Turin təmsilçisinə 80 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Bu keçid reallaşsa, 19 yaşlı forvard Darvin Nunyes və Vircil van Deykdən sonra "Liverpul" tarixinin ən bahalı üçüncü transferi olacaq.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm "Yuventus"un heyətində 41 matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Mart 2025

20 Mart 2025

BÜTÜN XƏBƏRLƏR