İnsanlara hürriyət, millətlərə istiqlal!

İnflyasiya, Ukraynada müharibə və pandemiya almanların həyat şəraitinə pis təsir göstərib

İndi Almaniyada belə bir fikirlə razılaşmayan az adam tapılar ki, builki inflyasiya ölkə sakinlərinə iki il əvvəlki pandemiyadan daha ağır zərbə vurub. İnflyasiya almanlar üçün ən böyük problemdir. Bununla əlaqədar belə bir sual yaranır: almanlar inflyasiyanın öhdəsindən necə gəlirlər, onlar nəyə qənaət edirlər?

AZƏRTAC son vaxtlar aparılmış araşdırmalara istinadla xəbər verir ki, qiymətlərin artması nəticəsində insanların çoxu istehlakı azaldır. Yüksək inflyasiya və enerji daşıyıcılarının bahalaşması nəticəsində Almaniyada istehlak qabiliyyəti xeyli azalıb. 1991-ci ildən bəri təhlil edilən istehlak qabiliyyəti indeksi və ya alıcılıq qabiliyyəti indeksi cari ilin iyun ayında tarixi minimuma çatıb. Yaxın keçmişdə Almaniya iqtisadiyyatı istehlakın kəskin pisləşməsi ilə üzləşib. Pandemiyanın əvvəlində Almaniya əhalisinin alıcılıq qabiliyyəti kəskin pisləşib. Bununla belə, indi mütləq antirekord nəticə qeydə alınıb. Almaniyada əvvəllər heç vaxt belə vəziyyət olmayıb. Görünür, inflyasiya, Ukraynada müharibə və pandemiya həqiqətən öz mənfi təsirini göstərir.

İstehlak qabiliyyəti və ya alıcılıq qabiliyyəti indeksinin hesablanması üçün istehlak, gəlirlər və iqtisadi vəziyyətə baxış barədə sorğular keçirilir. İndi məlum olur ki, bu araşdırmaların başlanmasından keçən 31 il ərzində müvafiq göstəricinin qiyməti heç vaxt 2022-ci ilin iyun ayındakından aşağı olmayıb. Qida məhsulları sahəsində də istehlak azalıb. Son yarım ildə ət və kolbasa məmulatlarının istehlakı xüsusilə kəskin şəkildə azalıb - 2021-c ilin may ayı ilə müqayisədə təqribən 25 faiz. Bu, ilk növbədə inflyasiya ilə bağlıdır. Vətəndaşların çoxu mağazalara getmə sayını minimuma endirməyə çalışır. Mebel, elektron qurğular, habelə qida məhsulları satışı azalıb. Almanların beşdə bir hissəsi etiraf edib ki, indi əvvəlkindən az bazarlıq edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR