Onlayn ictimai-siyasi qəzet
İsmayıllı rayonunun Qurbanəfəndi kəndində 44 yaşlı kişi arvadını döyüb.
Musavat.com xəbər verir ki, buna səbəb 44 yaşlı Cəmilin arvadının inəkləri sağa bilməməsi olub.
Tövlədə ər-arvad arasında mübahisə yaranıb. Kişi arvadının başını bir neçə dəfə tövlənin divarına vuraraq xəsarət yetirib.
Zərərçəkmiş qadın bacısına bu barədə məlumat verdikdən sonra onu xəstəxanaya aparıblar.
Kişi ifadəsində deyib ki, oğlu dovşanları tövləyə gətirən zaman inəklər qorxub və sağılmalarına imkan verməyiblər. Arvadı da buna əsəbiləşərək başını divara vurub, sonra özünü yerə çırpıb. Cəmilin dediyinə görə, arvadı özü-özünə xəsarət yetirib.
Zərərçəkmiş qadın isə əri tərəfindən döyüldüyünü, tez-tez aralarında münaqişələrin olduğunu deyib. Bildirib ki, həmin gün oğlu tövləyə dovşanları gətirdiyi üçün inəklər səsdən qorxub. Buna görə də sağılmalarına imkan verməyiblər. O da ərindən dovşanları tövlədən çıxarmasını istəyib. Buna görə əri ilə aralarında mübahisə yaranıb. Mübahisə zamanı əri onu döyərək xəsarət yetirib.
Şahid ifadələri ilə Cəmilin yalan danışdığı, özünü müdafiə məqsədi ilə bu cür ifadə verdiyi müəyyən edilib.
Hökmə əsasən, Cəmil barəsində 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Bu müddət ərzində elektron qolbaqla gəzməli olacaq.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ