Onlayn ictimai-siyasi qəzet
Şairə və qiraətçi Nazilə Səfərli maraqlı açıqlama verib.
Musavat.com xəbər verir ki, "Gün ortası" verilişində qonaq olan Səfərli kəndə köçərək həyatına orada davam edəcəyini bildirib.
Planlarını bir-bir açıqlayan məşhur bunları söyləyib:
"Kənddə yaşayacağam. Özümə qəşəng inəklər alacağam. Kənddə yaşamaq üçün mənə 100 min dollar büdcə lazımdır. Ferma qurmaq üçün hazırlaşmalıyam. Oranın qoyun-quzusu, cücəsi, 2 otaqlı evim olsun.
Sanuzel-cakuzim, ponaramam - hər şey olmalıdır ki, istədiyimi kimi yaşayım. Bu gücü özümdə görürəm. Mənim seçdiyim yer dağ mənzərəlidir. O ev qapalı ola bilməz, ponarama olmalıdır. İnəklər otlayacaq, mən də baxıb çiməcəyəm".
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ