İnsanlara hürriyət, millətlərə istiqlal!

İndi də şaurma xəbərdarlığı: yeyək, yeməyək? - Diyetoloqlar deyir ki...

Rusiya Dövlət Duması payız sessiyasının əvvəlində şaurma standartını müzakirə edəcək.

Bu barədə parlamentin aşağı palatasının vitse-spikeri Vladislav Davankov RİA Novosti-yə bildirib.

“Payız sessiyasının əvvəlində biz Dövlət Dumasında təhlükəsiz qida ilə bağlı dəyirmi masa keçirəcəyik. Şaurma standartını da müzakirə edəcəyik”, - o deyib.

Deputat qeyd edib ki, müzakirə “Rospotrebnadzor”, Səhiyyə Nazirliyi və müvafiq ekspertlərin iştirakı ilə baş tutacaq.

“İşi axıra çatdırmaq lazımdır, çünki söhbət təkcə insanların sağlamlığından deyil, sözün əsl mənasında həyati təhlükəsindən gedir”, - vitse-spiker vurğulayıb.

Bundan əvvəl Davankov “Rospotrebnadzor”a şaurma standartının yaradılması xahişi ilə müraciət edib. İyul ayında o, həmçinin şöbəyə bu yeməyi hazırlamaq üçün tövsiyələr hazırlamağı, sağlam inqrediyentləri müəyyənləşdirməyi və tərkibdən zərərli olanları çıxarmağı təklif edib.

Sentyabrın 7-nə keçən gecə Kursk vilayətinin Lqov şəhərində şauarmadan kütləvi zəhərlənmə baş verib. Bir neçə nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə təcili yardıma müraciət edib. Zəhərlənənlərdən biri, 23 yaşlı qız infeksion-toksik şokdan dünyasını dəyişib. Ümumilikdə 22 nəfər kömək üçün həkimlərə müraciət edib.

İstintaq Komitəsi tərəfindən “Təhlükəsizlik tələblərinə cavab verməyən, ehtiyatsızlıqdan insan ölümünə səbəb olan mal və məhsulların istehsalı, saxlanması, satışı” maddəsi ilə cinayət işi açılıb. Satış məntəqəsinin fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın tanınmış qastroenteroloqu Yekaterina Kaşax şaurmanın təhlükəli qida olduğunun bildirmişdi: “Şaurmanın əsas təhlükəsi ondan ibarətdir ki, bu yeməyə daxil olan qiymə, mayonez sousu və tərəvəzlər bağırsaq infeksiyalarına səbəb olan bakteriyalarla çirklənə bilər: dizenteriya, salmonellyoz, kampilobakterioz, yersinioz. Bakteriyaların özləri öldüyü, lakin çoxlu toksinlər buraxdığı zaman qida yoluxucu xəstəlik riski də var”.

O qeyd edib ki, ağır bağırsaq infeksiyası ehtimalı zəifləmiş immun sistemi olan insanlarda, məsələn, immun sistemini zəiflədən dərman qəbul edənlərdə, həmçinin İİV-lə yaşayanlarda daha yüksəkdir: “Lakin mahiyyət etibarı ilə heç kim sığortalanmayıb. Zahirən tamamilə sağlam bir insan şaurma yedikdən sonra ciddi zərər verə bilər. Bu, onun artıq asimptomatik olan diaqnozu qoyulmamış xroniki xəstəlikləri varsa mümkündür. Yaxud bakteriya yükü çox böyük olsa və orqanizm sadəcə olaraq bunun öhdəsindən gələ bilməsə, mümkündür”, - deyə həkim bildirib.

Həkim vurğulayıb ki, şaurmanın ən təhlükəli tərkib hissəsi ətdir. Saxlama və hazırlamaq texnologiyası pozularsa, helmintoz, bakterial və viral bağırsaq infeksiyalarına səbəb ola bilər: “Pis yuyulmuş tərəvəzlərin səthində rotavirus və enterovirus infeksiyalarına səbəb olan patogenlər qala bilər. Həmçinin pis işlənmiş qidalar səbəbindən siz hepatit A virusuna (qaraciyərin iltihabi xəstəliyi) yoluxa bilərsiniz. Eyni zamanda, nəinki ərzaq məhsulları, hətta sanitar tələblərə əməl etmədən şauarma hazırlayan iaşə işçiləri də çox vaxt təhlükəli infeksiyaların mənbəyinə çevrilir”, - həkim bildirib.

Onun sözlərinə görə, əllərə, bıçaqlara, lövhələrə düzgün qulluq edilmir: “Belə aşpazlar şauarmanı helmintlər və bağırsaq infeksiyalarının patogenləri ilə ”sez" edə bilərlər. Dizenteriya, salmonellyoz, şigeloz, kampilobakterioz, yersinioz. Listerioz və ya toksoplazmoza yoluxma hallarına daha az rast gəlinir, bu infeksiyalar xüsusilə hamilə qadınlar üçün təhlükəlidir. Bütün bu xəstəliklərin oxşar əlamətləri var: ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq, bəzi hallarda isə qızdırma və kəskin respirator virus infeksiyasının əlamətləri.

Bu infeksiyalar qusma və ishal səbəbiylə susuzluğa səbəb ola bilər ki, bu da ciddi, bəzən ölümcül ağırlaşmalara səbəb ola bilər. Buna görə də, belə simptomlar görünsə, həkimə müraciət etməlisiniz. O, dəqiq diaqnoz qoyub effektiv müalicə təyin edə biləcək, lazım gələrsə, xəstəxanaya yerləşdirə biləcək".

Qeyd edək ki, Azərbaycanda da şaurma gənclər və uşaqların sevimli qidalarındandır. Doğrudur, şükürlər olsun ki, bizdə zəhərlənmə halları qeydə alınmayıb. Amma Rusiyadakı olay da düşündürücüdür. “Şər deməsən, xeyir gəlməz”.

Bəs nələrə diqqət etməli, mütəxəssislər bu barədə nə deyir? “Şaurma standartı” nə deməkdir?

Göy cisimlərinin insan orqanlarına fizioloji təsiri... - Ağa Salamov

Ağa Salamov

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert, kulinar Ağa Salamov “Yeni Müsavat”a danışıb: “Məlum olduğu kimi, şaurma toyuq ətindən hazırlanır. Toyuq ətindən həm də dönər hazırlanır. Elə yerlər var ki, şaurmanı dönər əti ilə qarışdırır, lavaşda dönər-şaurma hazırlayırlar. Yəni Rusiyanın Dövlət Duması anlamalıdır ki, problemin başında şaurma dayanmır. Məsələn, tutaq ki, kotlet hazırlayırıq. Bunun üçün bizə mal əti lazımdır, təbii ki, həmin ət vaxtında vaksinasiya olunmalı, qulluq edilməli, baytar nəzarətindən keçməli, daha sonra istehsala verilməli, ondan qida hazırladıqda hazırlama prosesinə diqqət edilməli, gigiyenik-sanitar qaydalara əməl olunmalıdır.

Eləcə də şaurmanın qida zəncirinin  haradan başlamasına diqqət edilməlidir. Rusiya Dövlət Duması isə qida zəncirinin sonundan “yapışaraq”, günahı şaurmada görür. Qeyd etdiyim kimi, şaurma toyuq ətindən hazırlanır və bunun üçün diqqət edilməlidir ki, onun hazırlanmasında istifadə olunan toyuğun emalı necə aparılıb. Yəni toyuğun fermada bəslənilməsi, vaxtında vaksinasiya edilməsi, dərmanlanması, yemlənməsi, vaxtında kəsilməsi, kritik nöqtələrin analizi, məhsulun qaydasında, soyuducu ilə təmin olunmuş maşınlarda iaşə müəssisəsinə çatdırılması, biçirklənməyə məruz qalmaması, ondan dönər, dönərlərdən dönər-şaurmaların hazırlanması, bütün bu proses diqqətlə izlənilməli, nəzarətdə olmalıdır. 

İkinci bir məsələ bəlkə zəhərlənmə şaurmaya vurulan mayanezdən baş verib? Şaurmaya sarımsaqlı, mayanezli sous vurulur. O da məlumdur ki, mayanez yumurtadan hazırlanır, bəzən onu günəş altında saxlayıb, sonra da şaurmaya vururlar, nəticədə zəhərlənmə baş verir. Rusiya Duması əslində ictimai iaşə müəssisələrində qida zəncirinin əvvəlindən sona qədər olan təhlükəsizliyinə nəzarətdə saxlamalıdır. Yoxsa ki, şaurmaya nə standart qoyacaqlar ki? Deyəcəklər ki, toyuq şaurmada 100 qram deyil, 150 q olsun?"

Ləman Süleymanova: "Arıqladıcı kokteyldən 15 yaşlı qız dünyasını dəyişib" -  MÜSAHİBƏ - 14.01.2018, Sputnik Azərbaycan

 Ləman Süleymanova

Diyetoloq-həkim Ləman Süleymanova da qeyd etdi ki, hər hansı qida hazırlananda ona sərf edilən inqridentlərə, qidanın tərkibinə, hazırlanma şəraiti, otaq temperatura diqqət edilməli, sanitar gigiyenik qaydalara əməl olunmalıdır: “Şaurma dönər kimi qidaların hazırlanmasına xüsusilə diqqət edilməlidir. İlk növbədə ət keyfiyyət olmalıdır. Bəzən olur ki, şaurmadan, dönərdən  zəhərlənmə ətin keyfiyyətsiz olması ilə bağlıdır.  Şaurmanın da tərkibində toyuq əti, kartof, xiyar turşusu, xaman olur, hətta sarımsaq əlavə olunur. Əgər sadalanan bu inqridentlər keyfiyyətsizdirsə, zəhərlənməyə gətirib çıxarır.

Xüsusilə mayanez ən təhlükəli qidadır. Çünki isti otaq şəraitində və ya günəş altında qalanda onun tərkibindəki maddələr aktivləşir və çox ağır zəhərlənməyə yol aça bilər. Mayanezli salatlar belə, isti şəraitdə saxlanıldıqda və yaxud uzun müddət qaldıqda çox ağır toksidli zəhərlənməyə gətirib çıxara bilər.

Bəs nə zaman zəhərlənmə ölümlə nəticələnir? Qida zəhələnməsindən adətən yüngül baş ağrısı, ürəkbulanması olur. Bu zəhərlənmənin ilkin əlamətidir. Artıq tədricən qusma, ishal kimi əlamətlər baş verir və yenə də fərqinə varmayanda ağır toksinlər qana daxil olur, temperatur kəskin artır. Təcili tədbir görülməzsə, xəstənin immun sistemi zəif olarsa, artıq xəstəni xilas etmək olmur. 

Bəzən olur ki, hansı məclisdə bir salatdan bir neçə nəfər qəbul edir, amma bir nəfər zəhərlənir. Bu ona görədir ki, həmin şəxsin gün ərzində qəbul etdiyi qidanın tərkibindəki hansısa maddə salatın tərkibindəki mayanezlə tərs reaksiyaya girir və zəhərlənmə əmələ gəlir. Çox təəssüf ki, gənclərin əksəriyyəti şaurma, dönər kimi qidaları kola, digər rəngli içilər, ayranla qəbul edir. Təsəvvür edin, əgər şaurmanın tərkibində zəhərli qidalar varsa, mayanez pisdirsə, üstəlik kola, ayran ilə qəbul edilirsə, bu zaman zəhərlənmə ağırlaşır, hətta ölüm təhlükəsi 80 faiz ola bilir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR