Onlayn ictimai-siyasi qəzet
İyunun 4-də Kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, AMEA-nın fəxri üzvü Əziz Səncərlə mətbuat konfransı keçirilib.
Musavat.com bildirir ki, AMEA-nın Rəyasət Heyətinin binasında keçirilən konfransda Əziz Səncər jurnalistlərin suallarını cavablandırıb, Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
"Azərbaycana ilk gəldiyim zaman Qarabağ işğal altında idi. Bütün danışıqlarımızda bu məsələ hər kəsin düşüncəsinə hakim idi.
İkinci səfərimdə isə Qarabağ işğaldan azad olunmuşdu, amma Xankəndi hələ ki düşmənin əlində idi və insanlarda bunun narahatlığı var idi.
Bu dəfəki səfərimdə isə ünsiyyətdə olduğum insanlarda bir rahatlıq, əminlik olduğunu hiss etdim. İnsanlar gələcəyə ümidlə baxırlar. Çünki artıq torpaq dərdimiz yoxdur. “Bundan sonra həyatımıza normal davam edəcəyik” fikirləri müşahidələrimin nəticəsi oldu”, deyə dünya şöhrətli alim Əziz Səncər qeyd edib.
Əziz Səncər həmçinin Naxçıvan səfərindən danışaraq, öz təəssüratlarını bu cür bölüşüb:
“Hər zaman Naxçıvana getmək istəyirdim. Nəhayət ki, Naxçıvana getdim və oranı çox bəyəndim. Deyərdim ki, Naxçıvanın havası Bakıdan daha yaxşı, daha təmizdir".
Xalidə Gəray
Fotolar video müəllifindir
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ