İnsanlara hürriyət, millətlərə istiqlal!

İmtahanlar ləğv olunacaq, reytinq yüksəldiləcək, İqtisad Universiteti yeni hədəflərini açıqladı-FOTOLAR

 

Azərbaycan Dövlət İqtisad Universiteti hesabat verib.

Musavat.com xəbər verir ki, tədbirdə universitetin pedaqoji heyəti, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, millət vəkilləri iştirak edib.

UNEC-in rektoru Ədalət Muradov qeyd edib ki, "UNEC-100" strategiyası çərçivəsində əsas hədəflərdən biri dünyanın 500 ən yaxşı universiteti arasında yer almaqdır. O bildirib ki, hazırda 14588 bakalavr, 4477 magistr, 2302 MBA üzrə tələbə təhsil alır: "UNEC-də təhsil alan əcnəbi tələbələrin sayı 316 nəfərdir. Dünya üzrə göstəricilərdən geri qalırıq. Yataqxana və digər məsələlərlə əlaqədar problemlərimiz var. Biz bu problemləri aradan qaldırmağa çalışırıq. 100 hibrid laboratoriya qurulub. Müəllimlərin reytinq sistemində yüksək nəticələr əldə edən müəllimlərin əmək haqları diferensiallaşdırılır. Universitetdə 36 tədqiqat mərkəzi fəaliyyət göstərir".

Rektor gələcək hədəflərlə bağlı bildirdi ki, imtahan sessiyalarının mərhələli şəkildə ləğvi nəzərdə tutulur: "Bu təcrübə xaricdə var. Bizim universitetlərdə də tətbiqi haqda düşünməliyik. Belə olan halda hər ay tələbəyə konkret bir layihə veriləcək və o layihə əsasında da tələbə qiymətləndiriləcək. Beləliklə, imtahana ehtiyac qalmayacaq".

Ə. Muradov məlumat verdi ki, UNEC Avropa Şurasından 703 min avro həcmində qrant alıb: "Bu vəsait UNEC-in "Greenmetrics" reytinqində sürətlə irəliləməsinə imkan verəcək. Hazırda UNEC bu siyahıda 866-cı yerdədir".

Elm və Təhsil Nazirliyi yanında İctimai Şurasının sədri Günel Səfərova qeyd etdi ki, UNEC-də artıq şəffaf təmin olunub: "Gələcəyin təhsil vasitələrindən biri distant təhsilin UNEC-də uğurlu tətbiq edilməsi sevindirici haldır. Hesab edirəm ki, qanunvericilikdə ictimai iştirakçılıq komponentini artırmaqla bağlı dəyişikliklər etmək olar. Cənab prezident də daim bu məsələyə diqqət yetirir".

Millət vəkili, professor Hikmət Babaoğlu bildirdi ki, UNEC-də təhsil siyasəti dəqiq müəyyən edilib: "UNEC son illərdə çox uğur əldə edib. Hələ sovet dövründə universitetin qənaətbəxş olmayan imici var idi. Azərbaycan mühafizəkar cəmiyyəti əvvəlki illərin mənfi imicini unudub. Bu, universitetin əldə etdiyi ən böyük uğurlardan biridir".

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR