İnsanlara hürriyət, millətlərə istiqlal!

İmsak üçün maşından düşən şəxsləri vurub öldürən sürücüyə HÖKM OXUNDU - VİDEO

Bakı-Qazax yolunda iki piyadanı vuraraq öldürməkdə təqsirləndirilən İbrahim Əsədzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İbrahim Əsədzadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 27-si Bakı-Qazax yolunun 65-ci kilometrliyindən qeydə alınıb. 27 yaşlı Əsədzadə İbrahim Qaraş oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə 55 yaşlı Cəfərov Səyavuş Əyyub oğlu və 38 yaşlı Qurbanov Emil Məhəmməd oğlunu vurub. Nəticədə piyadalar hadisə yerində ölüblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR