Onlayn ictimai-siyasi qəzet
"İmpiçment və ya istintaqdan şərəflə keçəcəyəm".
Musavat.com xəbər verir ki, bu sözləri Koreya Respublikasının Prezidenti Yun Sok Yol xalqa müraciətində deyib.
Cənubi Koreya lideri könüllü olaraq istefa verməkdən imtina edib, ona qarşı impiçment və ya istintaqdan keçməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, dekabrın 7-də impiçment səsverməsindən əvvəl Yun Sok Yol prezidentlik müddəti ilə bağlı məsələni hakim partiyaya həvalə etdiyini bildirib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ