İnsanlara hürriyət, millətlərə istiqlal!

Putindən Zelenskiyə ŞOK MESAJ: "Hazırdırsa, gəlsin..."

Rusiya Prezidenti Vladimir Putin Çin səfəri sonrası keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya heç vaxt Ukraynaya təhlükəsizlik zəmanətləri əvəzində əraziləri vermək barədə müzakirə aparmayıb.

Musavat.com xəbər verir ki, Putinin sözlərinə görə, hər ölkə, o cümlədən Ukrayna, öz təhlükəsizlik sistemini seçmək hüququna malikdir, lakin bu, Rusiyanın hesabına olmamalıdır. Ukrayna prezidentinin səlahiyyət müddətinin uzadılması üçün heç bir yol yoxdur.

Rusiya prezidenti qeyd edib ki, ərazi məsələlərində referendumu yalnız Konstitusiyaya uyğun şəkildə keçirmək mümkündür, lakin müharibə şəraitində referendum təşkil etmək mümkün deyil.

Putin əlavə edib ki, Zelenski hazırdırsa, gəlsin, görüş baş tutacaq; o, heç vaxt belə görüşlərin mümkünlüyünü istisna etməyib və onların mənası olub-olmadığını görmək lazım olduğunu qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR