İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər dənizinə "Dəryayi Mazandaran" deyilsin - Tehran professoru bütün İrana müraciət etdi

Musavat.com xəbər verir ki, Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazili çıxışında Xəzər dənizinin adını bəyənmədiyini açıqlayıb və insanlardan “Xəzər” sözünü işlətməməyi tələb edib. O, bu fikrinə don geyindirmək üçün dənizə “Xəzər” adının guya yəhudilər tərəfindən verildiyini iddia edib.

Müşahidəçilər bildirirlər ki, bu açıqlama İran rejiminin uzun illərdir yürüdüyü antitürk siyasətinin tərkib hissəsidir. Tehran rəhbərliyi illərdir Xəzər dənizinin adını dəyişdirmək və onu “Dərya Mazandaran” kimi uydurma terminlərlə əvəzləmək istiqamətində cəhdlər göstərir. Məqsəd türklərin tarixi izlərini silmək və fars irqçiliyini gücləndirməkdir.

Xatırladaq ki, “iran millətçiliyi” pərdəsi altında institutlaşdırılan fars irqçiliyi son yüz ildə ölkədəki milyonlarla türkün dilinə, kimliyinə və tarixinə qarşı sistemli şəkildə tətbiq olunub. İranın dərsliklərində, mediasında və rəsmi mətbuatında türklərə qarşı aşağılayıcı və təhrifedici yanaşmalar açıq şəkildə yer alır.

Tarixi bir məqam da yada düşür: mərhum prezident, Ulu Öndər Heydər Əliyev hələ illər öncə İran rəhbərliyinin yanında Xəzərə “Mazandaran gölü” deyən jurnalistə sərt reaksiya göstərmiş və onun timsalında bütün İran rəhbərliyinə rarixi dərs vermişdi. Bu, Azərbaycanın dövlət mövqeyinin aydın ifadəsi idi – Xəzər dənizi öz tarixi və coğrafi adı ilə mövcuddur və heç bir saxta adlandırma ilə dəyişdirilə bilməz.

Bu gün də İran ideoloqları eyni istiqamətdə fəaliyyət göstərir, Azərbaycanın və ümumilikdə türk dünyasının izlərini aradan qaldırmaq üçün cəhdlər göstərirlər. Lakin bu mümkün deyil. Xəzərin adını tarixdən və beynəlxalq coğrafiyadan silmək qeyri-mümkündür. Azərbaycan və türk kimliyi minillərdir bu dənizin sahillərində yaşayır və fars irqçiliyinin heç bir təzyiqi bunu dəyişdirə bilməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2025

17 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR