İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə etiraz dalğası: yüzlərlə məkanda həyat iflic oldu

 İsrailin müxtəlif bölgələrində eyni vaxtda kütləvi etiraz aksiyaları keçirilir.

Musavat.com xəbər verir ki, yerli mediaya görə, nümayişlər ölkə üzrə təxminən 400 yerdə təşkil olunub. Etirazçılar nazirlərin və Knesset deputatlarının evlərinin qarşısına toplaşıb, əsas magistral yolları bağlayıblar.

Aksiyaların əsas təşəbbüskarları 2023-cü il 7 oktyabrda HƏMAS-ın hücumu nəticəsində əsir götürülən və həlak olanların ailələridir. Onlar hökumətə təzyiq göstərmək məqsədilə gündəlik həyatın və ölkə iqtisadiyyatının dayanmasını tələb edir, girovların azad edilməsini və müharibənin dayandırılmasını istəyirlər.

Məlumatlara görə, etiraz aksiyalarına təkcə küçələrdə yox, həm də müxtəlif qurumlarda qoşulmaq planlaşdırılır. Təhlükəsizlik orqanlarının xəbərdarlığına baxmayaraq, İsrail Tibb Assosiasiyası, universitetlər, yerli idarəetmələr, yüksək texnologiya qərargahları, Sənayeçilər Birliyi və digər qurumlarda da aksiyaların keçiriləcəyi gözlənilir.



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

24 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR