Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü bələdiyyə sədri Mehmet Murat Çalık vəzifələrindən uzaqlaşdırılıblar.
Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, qərar İmamoğlunun bəzi qanun pozuntuları ilə əlaqədar qəbul edilib, lakin onun yerinə yeni bir təyinat hələlik açıqlanmayıb.
Musavat.com
25 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ