İnsanlara hürriyət, millətlərə istiqlal!

İmamoğlu ilə bağlı SON DƏQİQƏ MƏLUMATI - Baş Prokurorluq ETİRAZ EDƏCƏK

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya istintaqı çərçivəsində həbs edilib. Terror istintaqı üzrə isə sərbəst buraxılıb.

Son dəqiqə məlumatına görə, İstanbul meri məhkəmə qərarı ilə həbs olunub.

Musavat.comHaber Global”a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu İmamoğlu və daha 99 şübhəli barəsində “cinayətkar təşkilat yaratmaq və idarə etmək”, “cinayətkar təşkilata üzv olmaq”, “irtikab” (vəzifədən sui-istifadə), “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatları qanunsuz əldə etmək” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladıb.

Bundan əlavə, Əkrəm İmamoğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin Baş Katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə Başçısı Resul Emrah Şahan və daha 7 şübhəli haqqında PKK/KCK terror təşkilatına yardım etmək ittihamı ilə ayrıca istintaq davam etdirilir.

Şübhəlilər polis bölməsindəki prosedurların tamamlanmasından sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb. Növbətçi məhkəmədə istintaq prosesi yekunlaşıb.

İMAMOĞLU "KORRUPSİYA" İSTİNTAQI ÇƏRÇİVƏSİNDƏ HƏBS EDİLDİ

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu korrupsiya ilə bağlı istintaq çərçivəsində həbs olunub.

Növbətçi Sülh Cəza Məhkəməsi İmamoğlu barəsində aşağıdakı qərarları qəbul edib:

- "Maliyyə xarakterli istintaq çərçivəsində Əkrəm İmamoğlunun cinayətkar təşkilat qurmaq və idarə etmək, rüşvət almaq, irtikab, şəxsi məlumatları qanunsuz əldə etmək və tenderlərə müdaxilə etmək ittihamları ilə həbsinə qərar verilir.

- İmamoğlu haqqında silahlı terror təşkilatına yardım ittihamı ilə kifayət qədər şübhə olsa da, maliyyə xarakterli cinayətlərdən artıq həbs edildiyinə görə, bu mərhələdə əlavə həbs tələb olunmur və müvafiq tələbin rəddinə qərar verilir".

QƏRARA ETİRAZ EDİLƏCƏK

Baş Prokurorluq İmamoğlunun sərbəst buraxıldığı terror ittihamı və bəzi maliyyə cinayətlərinə dair verilən sərbəst buraxılma qərarlarına etiraz ediləcəyini açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Mart 2025

BÜTÜN XƏBƏRLƏR