İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask və “Google”`un rəhbəri arasında “yasaq eşq” qalmaqalı... - milyarder təkzib edir

“Tesla” şirkətinin baş direktoru İlon Mask “Google” şirkətinin həmtəsisçisi Sergey Brinin həyat yoldaşı Nikol Şanahan ilə münasibəti haqqında şayiələrə münasibət bildirib.

“Bu, tam cəfəngiyyatdır. Sergey və mən dostuq və dünən gecə bir ziyafətdə birlikdə idik! Mən Nikolla üç il ərzində cəmi iki dəfə, iki dəfə də çoxlu insanların əhatəsində görüşmüşəm. Romantik heç nə yoxdur”, – deyə “Tesla”nın rəhbəri bildirib.

Qeyd edək ki, bir gün əvvəl “The Wall Street Journal”da dərc olunan məqalədə İlon Maskın 2021-ci ilin payızında müğənni Qraymsdan ayrıldıqdan sonra Nikol Şanahanla qısa romantizm yaşadığı iddia edilmişdi.

Brin və Mask köhnə dostlar sayılırlar.. İlon Mask uzun illər müntəzəm olaraq Sergey Brinin "Silikon vadisi"ndəki evində gecələdiyini gizlətməyib.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, 2022-ci ilin əvvəlində keçirilən tədbirlərin birində İlon Mask Brindən üzr istəyib və hətta diz çöküb. Google həmtəsisçisi üzrxahlığı qəbul etsə də, keçmiş dostlar arasında köhnə münasibətlər hələ də bərpa olunmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR