İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask “Twitter”i “baltalamağa” davam edir  


Twitter-in yeni sahibi, iş adamı İlon Mask reper Kanye Uestin Twitter hesabının dayandırıldığını açıqlayıb. Buna səbəb məşhur repçinin Hitlerin simvolu kimi tanınan işarəni paylaşması olub.

Musavat.com xəbər verir ki, İlon Mask bunu zorakılığa təşviq qaydası ilə əlaqələndirib və bildirib ki, reperin hesabı birdəfəlik dayandırıla bilər.

Qeyd edək ki, “Twitter”in iflas həddində olduğu bildirilir. Maskın bu şirkəti almasından sonra vəziyyət daha da pisləşib. Ötən həftə Mask işçilərə müraciətində yeni qaydalar barədə də danışıb. Bundan sonra şirkət çalışanları 80 saatlıq iş həftəsinə hazırlaşmalı olacaqlar. Pulsuz yemək kimi ofis üstünlükləri daha olmayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR