İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Trampın intiqamını almağa başlayıb? - Tvitterdə tanınmış jurnalistlərin hesabları bağlandı

Bu ilin dekabrın 15-də bir sıra beynəlxalq jurnalistlər, o cümlədən iri media qurumlarının nümayəndələrinin hesabları Twitter sosial şəbəkəsində bloklanıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sosial şəbəkənin rəhbərliyi, o cümlədən milyarder İlon Mask qadağanın səbəbini rəsmən izah etmir. İşə hətta Avropa Birliyi də qarışıb. Aİ rəsmiləri bunu mətbuat azadlığına təzyiq hesab edir və Avropanın da qarşılıqlı olaraq sosial şəbəkəyə sanksiyalar tətbiq edə biləcəyini bildirir.

Hesabı bağlanan jurnalistlər arasında “The New York Times”, “CNN” və “The Washington Post” kimi qurumarın nümayəndələri, ABŞ və Aİ ölkələrindən müstəqil müstəqil jurnalistlər var. Onların əksəriyyəti müasir texnologiyaları şərh edən media mənsublarıdır.

Sosial şəbəkələr media üçün mühüm informasiya mənbəyidir: bir çox siyasətçilər, iş adamları və şirkətlər orada bloq yazır və onların bəyanatları rəsmi press-relizlərdən əvvəl bu platformalarda görünür.

Twitter sahibi İlon Maskın sözlərinə görə, jurnalistlər ona aid şəxsi məlumatların, o cümlədən onun harada olması və özünə məxsus olduğu iddia edilən şəxsi təyyarə haqqında məlumatların açıqlanmaması ilə bağlı qaydaları pozublar.

Avropa İttifaqının Hüquq Azadlıqları üzrə vitse-prezidenti Vera Yurova qadağanı qərəzli hesab edib və bunun Avropa Rəqəmsal Azadlıqlar Aktını pozduğuna diqqət çəkib. O, həmçinin Twitter-də sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

Xatırladaq ki, İlon Musk keçən ay Twitter-i almaq üçün 44 milyard dollar pul xərcləyib. Bundan sonra o, şirkətin minlərlə əməkdaşını işdən çıxarıb, əvvəllər bloklanmış istifadəçilərin, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bərpa edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR