İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask pivə satışına başladı

İlon Maskın Tesla şirkəti müştərilərə məhdud tirajla təklif olunacaq GigaBier pivə markasını təqdim edib. Bu barədə “Gadget Tendency” portalı məlumat yayıb.

GigaBier şüşəsi şirkətin futuristik elektrik yük maşını olan Cybertruck üslubunda hazırlanıb. İçki 89 avroya 0,3 ml-lik üç şüşə ilə qutuda satılır. Qeyd olunur ki, pivə Berlində dəmlənib və sitrus, berqamot və şirin meyvə notlarına malikdir.

Qeyd edək ki, əvvəllər İlon Mask öz şirkətlərinin brendi altında məhdud sayda müxtəlif mallar da istehsal edirdi.

Bundan əlavə, 2017-ci ildə Mask "Twitter" profilindəki peşəsini müvəqqəti olaraq "baş geyimləri satıcısı" olaraq dəyişdirərək papaqlar satdı.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR