İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask litium hasilatına sərmayə qoyuluşunu artırmağa çağırıb

Amerikalı sahibkar İlon Mask elektromobil bazarında tələbatla təklif arasında fərqi azaltmaq üçün litium hasilatına yatırılan sərmayəni artırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, İlon Mask bu barədə Bloomberg agentliyinə müsahibəsində bildirib.

“Tesla” kompaniyasının sahibi elektrik avtomobillərinin akkumulyatorlarının istehsalı üçün lazım olan litium çatışmazlığının bu sahədə inkişafın qarşısını alan əsas məhdudlaşdırıcı faktor olduğunu hesab edir.

“Benchmark Mineral Intelligence” analitik agentliyinin hesablamalarına görə, dünyada litiumun qiyməti 2021-ci ildə 280 faiz, 2022-ci ilin birinci rübündə isə daha 127 faiz bahalaşıb. Bu, İlon Maskın “Tesla” kompaniyasının da daxil olduğu elektrik avtomobilləri istehsalçılarının xərclərini artırır.

Bundan əlavə, litium hasilatının az sayda ölkədə cəmləşməsi metalın tədarükündə fasilələrin əmələ gəlmə riskini yaradır. Avstraliya və Çili müvafiq olaraq 55 min ton və 26 min ton litium istehsal edir ki, bu da ümumilikdə dünyada litium istehsalının 81 faizini təşkil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR