İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask çiplərin insan üzərində sınağına başlayır

İlon Mask etiraf edib ki, altı aydan sonra "Neuralink" çipləri insanlar üzərində sınaqdan keçirməyə başlayacaq

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, beyin çipi şirkəti "Neuralink" altı aydan sonra çipləri insanlar üzərində sınaqdan keçirməyə başlaya biləcək. Bu barədə şirkətin təsisçisi İlon Mask təqdimat zamanı bildirib. 

Sahibkarın sözlərinə görə, işçilər cihazı insan orqanizminə daxil etməzdən əvvəl onun düzgün işləyəcəyinə əmin olmalıdırlar.

"Biz sənədlərimizin çoxunu ABŞ Qida və Dərman İdarəsinə göndərmişik və yəqin ki, təxminən altı aydan sonra biz "Neuralink"i insana implantasiya edə biləcəyik", - Mask deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR